Modern.az

Keçmiş məhkum “Makarov” satarkən TUTULDU

Keçmiş məhkum “Makarov” satarkən TUTULDU

Aktual

20 Mart 2023, 11:08

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

 

Modern.az DİN-ə istinadən xəbər verir ki, əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib. Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

 

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

 


 
 

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...