Modern.az

Yerüstü keçid qanunsuz tikilib? - Rəsmi açıqlama

Yerüstü keçid qanunsuz tikilib? - Rəsmi açıqlama

Aktual

28 Mart 2023, 10:20

Paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində bir müddət əvvəl inşa olunmuş yerüstü piyada keçidinin sökülməsinə başlanılıb. Söküntü prosesini əks etdirən görüntülər sosial şəbəkələrdə paylaşılıb və ciddi müzakirələrə səbəb olub.

 

Bəzi xəbər saytlarının yaydığı məlumata görə, keçid qanunsuz inşa olunduğu üçün sökülməsinə qərar verilib. Bu isə vətəndaşlar arasında etiraz doğurub, belə addım atılması dövlət vəsaitinin talan edilməsi kimi qiymətləndirilib.

 

Modern.az qalmaqallı keçidin sökülməsinə aydınlıq gətirmək üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlayıb.

 

Qurumun mətbuat katibi Anar Nəcəfli saytımıza bildirib ki, sözügedən keçid qanunsuz tikilməyib.

 

"Qanunsuz tikintidən söhbət getmir. Həmin yerüstü piyada keçidi hələ tikinti mərhələsindəydi. Həmin ərazidə işıqforla tənzimlənən piyada zolağı olduğu üçün keçidin tikilməsi məqsədəuyğun hesab olunmayıb. Onun sökülməsinə və zəruri olan başqa ərazidə quraşdırılmasına qərar verilib",- Agentlik sözçüsü vurğulayıb.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?