Modern.az

Narkoloji Mərkəzə yeni baş direktor təyinatı

Narkoloji Mərkəzə yeni baş direktor təyinatı

Aktual

5 Aprel 2023, 10:52

Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə baş direktor təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

 

Əmrə əsasən Elşən Hümbət oğlu Mustafayev Mərkəzin baş direktoru vəzifəsinə təyinat alıb.

 

Qeyd edək ki, səhiyyə naziri Teymur Musayevin müvafiq əmri ilə Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov Respublika Psixiatriya Xəstəxanasının baş həkimi vəzifəsinə təyin olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...