Modern.az

Həbsdəki dayısına şirniyyatın içində narkotik keçirmək istədi

Həbsdəki dayısına şirniyyatın içində narkotik keçirmək istədi

Aktual

5 Aprel 2023, 10:55

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin Müalicə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Modern.az verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Akif Oruc oğlu Ələkbərova bacısı oğlu Orxan İlqar oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyatın içərisində xüsusi üsulla gizlədilmiş 3 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,664 qram olan narkotik maddə - heroin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı