Modern.az

İranda hicabsız qadınlar metroya BURAXILMADI

İranda hicabsız qadınlar metroya BURAXILMADI

Aktual

5 Aprel 2023, 11:00

İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, aprelin 4-də İsfahan şəhərində hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilməyib.

 

İsfahan metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" məzmunlu xəbərdarlıq bildirişləri yerləşdirilib.

 

Məlumata görə, bir neçə stansiyada metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir