Modern.az

Goranboyda İcra Başçısı yanında Şuranın iclası keçirilib

Goranboyda İcra Başçısı yanında Şuranın iclası keçirilib

Aktual

5 Aprel 2023, 09:28

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə Başçı yanında Şuranın növbəti iclası keçirilib.

İclasda Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak ediblər.

 

Şurada, “2023-cü ilin I rübü ərzində,  Goranboy rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və  bu sahədə verilmiş tapşırıqların icra vəziyyəti barədə”,  “Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarında səmərəli istifadənin təmin edilməsi, bu məqsədlə, Xüsusi Qərargahın və mobil qrupların yaradılması”, “Rayonda qanunsuz tikintilərin müəyyən edilməsi, qanunamüvafiq qaydada qarşısının alınması və bu məqsədlə, rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarından ibarət mobil qrupların yaradılması barədə”   və  rayonun digər həlli vacib məsələləri geniş müzakirə edildi.  Nəzərdə tutulan məsələlərin icrasını təmin etmək məqsədi ilə əlavə Tədbirlər Planının  tərtib edilməsi, Tədbirlər Planına uyğun işlərin operativ həyata keçirilməsi və icra vəziyyəti barədə rəhbərliyə müntəzəm hesabat və məlumatların verilməsinin təmin edilməsi ilə bağlı, İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verilib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı