Bakıda bankdan külli miqdarda pul oğurlayan şəxslər tutulub.
DİN-in Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.
Qeyd edək ki, "Qafqazinfo" bir neçə gün öncə Xətai rayonunda BTB Bankın filialından ümumilikdə 370 min manata yaxın pul oğurlandığı (316 min manat ve 32 min dollar) barədə məlumat yaymışdı.
Pulun bankda depozitlərin saxlanıldığı seyfden oğurlandığı bildirilirdi.