Modern.az

Azərbaycanda Rusiya ordusuna qoşulmağa çağıran bukletlər PAYLANILIR?

Azərbaycanda Rusiya ordusuna qoşulmağa çağıran bukletlər PAYLANILIR?

Aktual

5 Aprel 2023, 17:15

Sosial şəbəkələrdə Azərbaycan dilində Ukraynaya qarşı müharibədə Rusiya ordusunda xidmət etməyə çağıran reklam bukletlərinin fotoları yayılıb.

 

Modern.az xəbər verir ki, bəzi istifadəçilər fotoların Bakıda, digərləri isə Rusiyada azərbaycanlıların yaşadığı ərazidə çəkildiyini iddia edir.

 

Bukletlərdə yüksək sosial təminat müqabilində Rusiya ordusunun sıralarına qoşulmaq təklif edilir.

 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyevlə əlaqə saxladıq. O, bildirdi ki, DİN-in məsələ barədə məlumatı var, hazırda araşdırma aparılır.

 

1231493

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir