Modern.az

Tacikistan və Azərbaycan iki sabit dövlətdir - İlham Əliyev

Tacikistan və Azərbaycan iki sabit dövlətdir - İlham Əliyev

Aktual

5 Aprel 2023, 19:40

Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib.

 

"Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı. Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”, - deyə dövlət başçısı bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan şok əməliyyat - Ruslar bu ərazilərdən geri çəkilir