Modern.az

Prokurorluq məktəbdəki zəhərlənməni ARAŞDIRIR

Prokurorluq məktəbdəki zəhərlənməni ARAŞDIRIR

Aktual

6 Aprel 2023, 14:51

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

 

Bu barədə Modern.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Qeyd olunub ki, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır