Modern.az

Tikinti obyektlərinin sökülməsi qaydası DƏYİŞDİRİLİR

Tikinti obyektlərinin sökülməsi qaydası DƏYİŞDİRİLİR

Aktual

7 Aprel 2023, 13:08

Azərbaycanda tikinti obyektlərinin sökülməsi qaydasına dəyişiklik edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılıb.

 

Məcəlləyə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda, tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda tikintisi başa çatmış və yaxud çatmamış tikinti obyekti söküləcək.

 

Hazırda qüvvədə olan Məcəlləyə görə sözügedən müddətlər müvafiq olaraq 1 il və 2 ildir.

 

Qeyd edək ki, dəyişiklik layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?