Modern.az

Etimadı doğrultmağa çalışacağam - Yeni baş konsul

Etimadı doğrultmağa çalışacağam - Yeni baş konsul

Aktual

7 Aprel 2023, 14:36

Azərbaycanın Los-Ancelesə təyin olunmuş yeni baş konsulu Ramil Qurbanov ilk açıqlamasını verib.

 

Modern.az xəbər verir ki, diplomat bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

 

“Los-Anceles şəhərində Baş konsul vəzifəsinə təyin edilməyimə görə, Azərbaycan Respublikasının Prezidenti, Zati-Aliləri cənab İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm. Bu etimadı doğrultmaq, ölkəmizi layiqincə təmsil etmək və soydaşlarımıza xidmət göstərməyə çalışacağam”, - Baş konsul deyib.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?