Modern.az

İlham Əliyev və Qaribaşvili Ukraynanı müzakirə etdi

İlham Əliyev və Qaribaşvili Ukraynanı müzakirə etdi

Aktual

7 Aprel 2023, 15:46

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə keçirilən görüş zamanı Ukraynadakı vəziyyəti müzakirə ediblər.

 

Modern.az xəbər verir ki, bu barədə Qaribaşvili Prezident İlham Əliyev ilə birgə mətbuat konfransı zamanı məlumat verib.

 

"Biz regiondakı vəziyyəti müzakirə etdik. Ukraynadakı vəziyyət də müzakirə edildi. Buradakı risklər, çağırışlar mövcuddur. Elə çağırışlar ki, onlar İkinci Dünya müharibəsindən sonra mövcud deyildi. Bizim başlıca amalımız sülh və sabitliyin təmin edilməsidir. Çünki bunlar olmasa heç bir inkişaf və firavanlıqdan söhbət gedə bilməz", - deyə Qaribaşvili vurğulayıb.

İlham Əliyev Qaribaşvili ilə Qəbələdə görüşdü - FOTO
Bu xəbər ilə bağlı
İlham Əliyev Qaribaşvili ilə Qəbələdə görüşdü - FOTO
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?