Modern.az

Biz yaxşı mənada bir-birimizdən asılıyıq - Qaribaşvili

Biz yaxşı mənada bir-birimizdən asılıyıq - Qaribaşvili

Aktual

7 Aprel 2023, 16:12

Bizim dostluğumuzun uzunəsrlik tarixi var. Azərbaycan bizim təkcə qonşumuz və dostumuz deyil, həm də mühüm strateji tərəfdaşımızdır.

 

Modern.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında söyləyib.

 

Baş nazir qeyd edib: “Uzun illər ərzində biz müxtəlif sahələrdə tarixi layihələr həyata keçirmişik. Həmin layihələr xalqlarımızı, ölkələrimiz daha sıx birləşdirdi. Biz yaxşı mənada bir-birimizdən asılıyıq və əminəm ki, bundan sonrakı uzun illər boyu da belə olacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?