Modern.az

İranlı diplomatlar Azərbaycanı tərk edib - FOTOLAR

İranlı diplomatlar Azərbaycanı tərk edib - FOTOLAR

Aktual

7 Aprel 2023, 16:24

Azərbaycan hökuməti tərəfindən “persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

 

Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.

 

Diplomatlarla yanaşı onların ailə üzvləri də Azərbaycanı tərk ediblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?