Qazaxıstanın Rusiyanın Omsk vilayətinə zirehli texnika göndərməsi barədə məlumatlar həqiqəti əks etdirmir.
Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, həmin texnikalar təmir üçün ölkənin mərkəzi regionundan şərqinə aparılıb.
Nazirlik xatırladıb ki, 2022-ci il avqustun 27-də Qazaxıstan silah və hərbi texnikanın ixracına qadağa qoyub.