Modern.az

İstirahət günlərində milli parklarda hava necə olacaq?

İstirahət günlərində milli parklarda hava necə olacaq?

Aktual

7 Aprel 2023, 17:54

İstirahət günlərində milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Samur –Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. 08-də axşamdan tədricən kəsiləcək, 09-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq.

 

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq.

 

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

 

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

 

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. 08-də axşam, 09-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək.


Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq.

 

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin 08-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq.

 

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.


Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi