Modern.az

Həftəsonu nələr olub... - Modern.az-ın icmalı

Həftəsonu nələr olub... - Modern.az-ın icmalı

Aktual

10 Aprel 2023, 10:08

Ötən həftəsonu Azərbaycanda və dünyada bir sıra hadisələrlə yadda qalıb. 

 

Modern.az oxucuların marağını nəzərə alaraq, şənbə və bazar günlərinin xəbər xronikasını təqdim edir:

 

7 və 8 aprel 2023-cü il tarixlərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə telefon danışığı baş tutub. Tərəflər qarşılıqlı şəkildə hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşdıqlarını bildiriblər. Ceyhun Bayramov Azərbaycanın milli maraqlarına əsasən həyata keçirdiyi müstəqil xarici siyasətinə və region ölkələri ilə ikitərəfli münasibətlərinə hörmətlə yanaşılmasının vacib olduğunu diqqətə çatdırıb.

 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında aprelin 11-12-də Özbəkistanda "Şuşa günləri" silsilə tədbirləri keçiriləcək.

 

Ötən həftəsonu iki siyasi partiya fəaliyyətinə son verib. Mərhum Nizami Süleymanov tərəfindən yaradılan Müstəqil Azərbaycan Partiyası (MAP) və Azərbaycan Respublikaçılar Partiyası ləğv edilib. Bununla da Azərbaycanda fəaliyyətinə son verən siyasi partiyaların sayı 11-ə çatıb.

 

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti azad edilmiş ərazilərdə yeni istifadəyə verilən hərbi obyektlərə baxış keçirib.

 

Deputat Fazil Mustafa yaşadığı sui-qəsd olayından sonra ilk dəfə sosial şəbəkə hesabında paylaşım edib. O, yenidən əməliyyat olunduğunu, hazırda sağlıq durumunun yaxşıya doğru getdiyini bildirib.

 

Aprelin 9-da Azərbaycanın Xalq artisti, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru İrana Tağızadə vəfat edib. Elə həmin gün xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının İdarə Heyətinin sədri, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Azərpaşa Zəfər oğlu Nemətov 76 yaşında dünyasını dəyişib.

 

Abşeron rayon icra hakimiyyəti başçısının Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əli Həsənovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

 

9 aprel 2023-cü il tarixində Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib. İmtahanda 47 917 şagirdin iştirakı gözlənilirdi. İmtahanda 12 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib.

 

Türkiyədə mayın 14-də keçiriləcək parlament seçkilərində partiyaların seçki bülletenindəki yeri müəyyənləşib. Ali Seçki Komissiyasında bunun üçün püşk atılıb. Püşkün nəticələrinə əsasən, seçki bülletenində ilk yerdə Yeni Türkiyə Partiyası, sonuncu yerdə isə Müstəqil Türkiyə Partiyası yer alacaq. Hakim siyasi qüvvələrin təmsil olunduğu "Cümhur İttifaqı" 8-ci, müxalifətin formalaşdırdığı "Millət İttifaqı" isə 18-ci yerdə qərarlaşıb. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırda deputat olan partiya üzvlərinin 70 faizini namizəd göstərməyəcək. Partiyanın proporsional siyahısında yeni simalara üstünlük verilib. Parlament seçkiləri üçün siyasi partiyaların namizəd siyahılarının təqdim edilməsi prosesi başa çatıb. 26 partiya namizəd siyahısını Komissiyaya təqdim edib

 

Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Cabbarova Hindistana səfər edəcək. Bu, Ukraynada müharibə başlayandan bəri Hindistana yüksək səviyyədə ilk səfər olacaq. Nəşrin məlumatına görə, xanım Cabbarova Hindistandan enerji infrastrukturunun təmiri üçün humanitar yardım ayrılmasını və avadanlıqla təmin olunmasını xahiş edəcək. Onun Hindistanın baş naziri Narendra Modini Kiyevə səfərə dəvət edəcəyi gözlənilir.

 

Ermənistan polisi Rusiyada axtarışda olan 23 yaşlı gənci fərarilik ittihamı ilə saxlayıb. Moskva polisi tərəfindən axtarışa verilən gənc aprelin 7-də tutulub.

 

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nüvə enerjisi ilə idarə olunan raket sualtı qayığı ölkənin Bəhreyndə yerləşən Beşinci Donanmasına dəstək məqsədilə Yaxın Şərqə yola düşüb. ABŞ-ın İranı çəkindirmək və dünyanın ən işlək gəmi kanallarından birinin sabitliyini qorumaq məqsədi ilə Yaxın Şərqə sualtı qayıq göndərdiyi açıqlanıb.

 

Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərinə gedəcək. 12-15 aprel tarixlərində Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının daimi komissiyalarının iclası keçiriləcək.

 

Xocavənd rayonunun Çartar yaşayış məntəqəsində ağacdan asılmış meyit tapılıb. Araşdırma nəticəsində məlum olub ki, meyiti tapılan şəxs 2004-cü il təvəllüdlü, Yemişcan yaşayış məntəqəsində yerləşən erməni silahlı dəstəsinin üzvüdür.  Ermənistan xüsusi ordu korpusunda silahlı insident baş verib. Məlumata görə, xidmət yoldaşlarının təhqir və təzyiqlərinə dözə bilməyən əsgər axşam saatlarında avtomat silahından atəş açaraq iki əsgəri güllələyib.

 

Ötən həftəsonunun mənzərəsi ilə tanış olmaq üçün aşağıdakı xəbərləri də oxuya bilərsiniz:

 

Putinin yeni ittifaq planı “suya düşdü” - ŞƏRH

İran səfirliyinin bağlanması təklifinə FƏRQLİ YANAŞMA

Botanika institutu söküləcək? - Rəsmi açıqlama

Vahid Əhmədov nazirlə mübahisəsinə aydınlıq gətirdi: “Mümkün deyil...”

Ukrayna ordusunda sursat çatışmazlığı - Çıxış yolu axtarılır

Maneələr aradan qaldırılsın – TƏBİB rəhbərindən tapşırıq

“İnam Kərimov üçün çətin olacaq...” - Deputatlardan reaksiya

Ukrayna xəritədən silinəcək - Medvedevdən ŞOK İDDİA

Azərbaycanda bu vəzifə LƏĞV EDİLDİ

Türkiyə seçkilərində namizəd olmayan əsas OYUNÇULAR

İranla münasibətlərimiz bu halda normallaşa bilər - ŞƏRH

Türkiyədə yaşayan azərbaycanlılar seçkidə kimi DƏSTƏKLƏYİR...

Ağsu aşırımı ləğv edilir? - VİDEO

Kişilər piylənmədən daha çox əziyyət çəkir - SƏBƏB

Təbrizdə “Noldu, Paşinyan?” mahnısına oynadılar - VİDEO

Deputat Hacıbala Abutalıbovun villasının fotolarını yaydı

Məşhur məddah casusluq ittihamı ilə saxlanıldı

Türkiyədən Ermənistana XƏBƏRDARLIQ: Əsas tələbimiz Zəngəzur dəhlizidir

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?