Modern.az

Azad edilən ərazilərdə daha 98 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 98 mina aşkarlandı

Aktual

10 Aprel 2023, 11:40

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə 98 mina aşkarlayıb.

 

ANAMA-dan Modern.az-a verilən məlumata görə, aprelin 3-dən 8-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 24, tank əleyhinə 74 mina və 298 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Nəticədə 622 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?