Modern.az

Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi - FOTOLAR

Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi - FOTOLAR

Aktual

24 İyun 2023, 12:10

Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəliməmmədli mənzilində sel təhlükəsi yaranıb.

 

"Azərbaycan Dəmir Yolları" QSC-dən Modern.az-a verilən məlumata görə, son günlərdə yağan güclü yağışlardan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb.

 

Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.

 

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?