Modern.az

Ermənistanın manipulyasiyasına aldanmayın - Araz Əzimov

Ermənistanın manipulyasiyasına aldanmayın - Araz Əzimov

Aktual

27 İyul 2023, 17:30

"Beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin manipulyasiyalarına aldanıb bəyanatlar verməzdən öncə, sözügedən bəyanatların nəyə xidmət edəcəyinin düşünülməli, habelə suverenlik və ərazi bütövlüyümüzə zidd addımlardan, o cümlədən yanlış terminologiyadan çəkinməlidir".

 

Modern.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Araz Əzimov ölkəmizdə akkreditə olunmuş diplomatlar üçün XİN-də keçirilən brifinqdə deyib.

 

Nazir müavini daha sonra sülh danışıqlarının təşkilində dəstək göstərən ölkələrə təşəkkür ifadə edib, habelə beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana konstruktiv dialoqa sadiqlik göstərilməsinin izah olunmasının əhəmiyyətini qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı