Modern.az

Bakıda qaldığım hoteldə su yoxdur - Amerikalı şahmatçı

Bakıda qaldığım hoteldə su yoxdur - Amerikalı şahmatçı

Aktual

1 Avqust 2023, 15:12

Amerikalı məşhur şahmatçı Hikaru Nakamura Bakıda qaldığı hoteldə su tapmadığına görə şikayətlənib.

 

Modern.az xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.

 

Şahmatçıların reytinq sıralamasında ikinci olan qrossmeyster Bakıda hoteldə su olmadığını bildirib: “Artıq dünya kuboku üçün Bakıdayam. Amma qaldığım otelin hamamında su gəlmir. Yaxşı bir başlanğıcdır”.

 

Qeyd edək ki, Bakıda keçirilən dünya kuboku avqustun 24-nə qədər davam edəcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı