Modern.az

Bakıda Gürcüstan bayrağı yarıya endirildi

Bakıda Gürcüstan bayrağı yarıya endirildi

Aktual

7 Avqust 2023, 14:04

Gürcüstanın Şovi kurortunda baş verən faciəyə görə bu ölkədə elan edilmiş matəm günü ilə əlaqədar Gürcüstanın Azərbaycandakı səfirliyində bayraq endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Xatırladaq ki, avqustun 7-də Gürcüstanın Raça dağlıq bölgəsində Şovi kurortunun yaxınlığında sel və torpaq sürüşməsi nəticəsində baş vermiş faciə ilə əlaqədar bu ölkədə matəm elan edilib.

 

Avqustun 3-də Şovidə irimiqyaslı sürüşmə baş verib. 18 nəfər həlak olub, 16 nəfər itkin düşüb. Körpülərə, yollara, turist kotteclərinə və “Sunset Shovi” hotelinə ziyan dəyib. Mütəxəssislərin ilkin məlumatlarına görə, dağlardan 5 milyon kubmetrdən çox torpaq kütləsi enib. Təbii fəlakətin baş verdiyi ərazinin ümumi sahəsi 26 hektar olub.

 

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılarla bağlı Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?