Modern.az

Ermənilərin "aclıq oyunlarına" beynəlxalq REAKSİYA: Ac olan millət niyə yardımı qəbul etməsin...

Ermənilərin

Aktual

31 Avqust 2023, 11:24

Ötən günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Humanitar yardımı daşıyan iki avtomobil Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

 

Humanitar yardımın Xankəndiyə çadırılması ilə bağlı AzQAC əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlardan müvafiq cavab gözləyirlər.

 

Guya "humanitar böhran" içində olduqlarını iddia edən ermənilərin Azərbaycanın yardımını qəbul etməməsi beynəlxalq ictimaiyyəti də çaşqına salıb.

 

İsirailli jurnalist, beynalxalq ekspert Nurit Greenger Modern.az-a bildirib ki, Azərbaycan Qarabağda yaşayan ermənilər üçün humanitar yük aparmasına baxmayaraq, hələ də ermənilər buna qarşı çıxmağa çalışırlar:

 

“Bu, açıq şəkildə təxribatdır. Azərbaycanın imicini yalan, zorakılıq, çaşqınlıqla mümkün qədər bərbadlaşdırmaq üçün Ermənistanın yeni oyunudur. Amma bildirim ki, həmişə olduğu kimi Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım yenə boşa çıxacaq", - o deyib.

Ekspert vurğulayıb ki, hazırda beynəlxalq ictimaiyyət Azərbaycan və Ermənistan arasında baş verənlərə az əhəmiyyət vermir, ancaq Ermənistan tərfinin əsassız iddiaları hər kəsi bezidirb.:

 

"Amma bildirim ki, Azərbaycan sakit dayanmalı deyil. Azərbaycan dərhal cavab verməlidir, öz cavabını mediada dərc edərək, belə hadisələri kataloqlaşdıraraq, beynəlxalq ictimaiyyətə çatdırmalıdır. Ermənistanın Qarabağda olan ermənilərin guya acından öldüyünü bildirməsi bilinir ki, açıq şəkildə oyundur. Ac olan millət niyə humanitar yardımı qəbul etməsin? Ermənistan Azərbaycanı pis göstərən əməllərdən əl çəkməlidir. Düşünürəm ki, yaxın zamanda Azərbaycan baş verənlərlə bağlı dəqiq faktlar toplayıb, yardım niyyətindən Ermənistan tərəfinin rədd etdiyini BMT-yə bildirməlidir”.

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredixin isə bunu Ermənistanın növbəti şousu adlandırıb.

 

“Artıq müharibədən sonra Ermənistanın müxtəlif təxribatlarına rast gəlmişik. Amma təxribatlar təsəlli vermir. Onlar indi də Rusiyaya qarşı çıxırlar. Ermənistanda etirazlar dolaşır və Rusiyanı günahlandırırlar. Moskvanın isə yaxın zamanda İrəvana təzyiqini görəcəyik. Bütün sahələrdə bunun şahidi olacağıq. Düşünürəm ki, ilin sonuna qədər sülh müqaviləsi imzalanmalıdır. Yoxsa bu vəziyyətdə gözləmək uzun zaman alacaq”, - deyə o bildirib. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı