Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) avqust ayında da tibbi ehtiyacları olan şəxslərin Laçın yolu ilə keçərək Ermənistana təxliyəsini həyata keçirib.
Bunu Modern.az-ın sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.
"Bu ay biz humanitar neytral vasitəçi rolunda çıxış edərək, 85 nəfər xəstənin və onların ailə üzvlərinin təxliyə olmasına yardımçı olmuşuq",- deyə o qeyd edib.