Modern.az

Cahangir Əsgərov getdi, bəs AZAL-ın qiymətləri...

Cahangir Əsgərov getdi, bəs AZAL-ın qiymətləri...

Aktual

2 Sentyabr 2023, 17:24

Ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə Cahangir Əsgərov “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilib.

 

Şirkətin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Musa oğlu Rzayevə həvalə edilib.

 

Qeyd edək ki, bir çox vətəndaş AZAL-da biletlərindən şikayət edir. Rəhbər dəyişikliyindən sonra biletlərin qiymətində dəyişiklik olub-olmayacağı maraq doğurur. 

 

Milli Məclisin plenar iclaslarında AZAL-ın bilet qiymətlərindən şikayətlənən deputat Fazil Mustafa Modern.az-a açıqlamasında Cahangir Hacıyevin işdən çıxarılmasından danışıb.

 

O, hər hansı dəyişiklik gözləmədiyini bildirib.

 

“Bu məsələdə ciddi bir dəyişiklik gözlənilmir. Çünki faktiki olaraq AZAL-da idarəetmə çoxdan dəyişib. İdarəetmə heyəti və müşahidə şurası çoxdan müəyyənləşib. Amma bilet qiymətlərinə təsiri yoxdur. Bu, ümumi yanlış siyasətdir. Türk Hava Yolları da var. Onlar vətəndaş gəliri üzərindən mənfəət düşünmürlər. Daha çox layihələr həyata keçirirlər. Amma maraqlıdır ki, bizdə yeni idarəetmə metodu olsa da, yenə də vətəndaş ağırlıqlı, vətəndaşın cibindən çıxa biləcək vəsaitlər hesabına qazanc tutulur. Ümid edək ki, bundan sonra nəyisə dəyişər. Amma bunun heç bir əlamətlərini görmürük”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı