Modern.az

Baş prokurorlar İranda saxlanılan Fəridi müzakirə etdi

Baş prokurorlar İranda saxlanılan Fəridi müzakirə etdi

Aktual

14 Sentyabr 2023, 11:54

Baş prokuror Kamran Əliyev və İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azadın görüşü zamanı İran İslam Respublikasında məhkum edilən Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.

 

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Modern.az-a verilən xəbərdə qeyd edilib. 

 

Görüşdə ölkəmizin İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə və İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!