Modern.az

70 yaşlı kişini maşın vurdu

70 yaşlı kişini maşın vurdu

Aktual

15 Sentyabr 2023, 10:08

Şəkidə piyadanı maşın vurub.

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Qeyd edilib ki, sentyabrın 15-i saat 08 radələrində Şəki şəhəri ərazisində Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 1953-cü il təvəllüdlü Cəfərov Seyfəddin Fəxrəddin oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan S.Cəfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə