Modern.az

Azərbaycanla bağlı verilişinə görə mükafatlandırıldı - FOTOLAR

Azərbaycanla bağlı verilişinə görə mükafatlandırıldı - FOTOLAR

Aktual

28 Sentyabr 2023, 18:10

Türkiyəli jurnalist Esra Gezginci Türkiyə-Azərbaycan dostluq mükafatı ilə təltif olunub.

 

Modern.az xəbər verir ki, o, bu mükafata prodüseri və aparıcısı olduğu "Əsrarəngiz Azərbaycan" verilişinə görə layiq görülüb.

 

Azərbaycana həsr olunan verilişdə paytaxt Bakıdan başlayan çəkiliş ölkənin digər bölgələrində davam etdirilib. Verilişin çəkilişi zamanı Qarabağa səfər təşkil olunub.

 

Esra Gezginci verilişdə işğaldan azad olunan rayonlarımız haqda da danışıb, Şuşanın nədən önəmli olması barədə NTV izləyicilərinə ətraflı məlumat verib.

Sizə yeni x var
Keçid et
İlham Əliyev Türkiyədəki planı pozdu - Şok detallar bəlli oldu