Modern.az

Nazirlik yeni şirkət yaratdı

Nazirlik yeni şirkət yaratdı

Aktual

19 Oktyabr 2023, 18:10

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Dost Çağrı Mərkəzi 142" MMC-ni dövlət qeydiyyatına alıb.

 

Modern.az xəbər verir ki, yeni şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri Yasamal rayonu, Salatın Əsgərova küçəsi, 85-də qeydiyyatdan keçib.

 

Onun nizamnamə kapitalı 1 000 manat, qanuni təmsilçisi isə Azər Allahverdi oğlu Əliyevdir. Söhbət Nazirliyin Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyəti sədrinin müşavirindən gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!