Modern.az

MSK daha 4 nəfərin namizədliyini qeydə aldı

MSK daha 4 nəfərin namizədliyini qeydə aldı

Aktual

11 Sentyabr 2013, 16:49

Bu  gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az xəbər verir ki, Məzahir Pənahovun sədrliyi ilə keçəmn iclasda Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə və Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin prezidentliyə namizədliyi qeydə alınıb.

İclasda qeyd olunub ki, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin namizədliyinin qeydə alınması üçün MSK-ya təqdim olunan 44,286 imzadan 8,186-sı etibarsız hesab olunduğundan Fuad Əliyev üçün toplanan imzaların yoxlanması prosesi dayandırılıb və onun namizədliyinin qeydə alınması üçün hüquqi əsaslar aşkar olunmayıb.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı