Modern.az

Müharibə iştirakçılarına yeni protezlər veriləcək

Müharibə iştirakçılarına yeni protezlər veriləcək

Aktual

30 Yanvar 2024, 11:52

Vətən müharibəsi iştirakçılarına yeni idman protezləri veriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ötən ilin yekunları barədə danışarkən deyib.

 

Onun sözlərinə görə, artıq həmin protezlərin testi aparılıb və geridönüş rəyləri müsbət olub: "Danimarka istehsalı protezlərlə bağlı müqavilə imzalanıb. Artıq həmin protezlər bizə təqdim olunub. Qısa müddət ərzində 20 Vətən müharibəsi iştirakçısına təhvil veriləcək".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV