Modern.az

Ağcabədidə qardaş bacısını bıçaqladı

Ağcabədidə qardaş bacısını bıçaqladı

Aktual

5 İyun 2024, 13:49

Ağcabədidə bıçaqlanma hadisəsi olub.

 

Modern.az xəbər verir ki, hadisə Avşar kəndində qeydə alınıb.

 

Belə ki, kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb, hazırda vəziyyəti qənaətbəxşdir.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!