Modern.az

Axtarışda olan 129 nəfər saxlanıldı

Axtarışda olan 129 nəfər saxlanıldı

Aktual

19 Sentyabr 2024, 09:12

Sentyabrın 18-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 167, o cümlədən borclu şəxs qismində axtarışda olan 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!