Modern.az

Rayonlara leysan yağış yağıb - Faktiki hava

Rayonlara leysan yağış yağıb - Faktiki hava

Aktual

19 Sentyabr 2024, 10:04

Sentyabrın 19-u saat 10:00-a olan faktiki hava açıqlanıb.


Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, sentyabrın 19-u saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

 

Düşən yağıntının miqdarı Qrızda 6 mm, Şahdağda 4 mm, Kəlbəcər, Qax (Sarıbaş), Ordubadda 3 mm, Şəki, Xınalıq, Daşkəsən, Gədəbəy, Biləsuvar, Yardımlı, Lerik, Astara, Göygöl, Zaqatala, Qubada 2 mm-dək olub.

 

Şərq küləyi arabir Culfada 20 m/s-dək güclənib.

 

Daşkəsən, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 30, Aran rayonlarında 27, dağlıq rayonlarda 15 dərəcəyədək isti qeydə alınıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!