Modern.az

Kamala Harris sonuncu sorğuda Trampı üstələdi

Kamala Harris sonuncu sorğuda Trampı üstələdi

Aktual

19 Sentyabr 2024, 10:12

ABŞ-ın vitse-prezidenti və ölkənin prezidentliyinə demokrat namizəd Kamala Harris seçici dəstəyinə görə rəqibi respublikaçı Donald Trampı iki faiz qabaqlayır.

Modern.az xəbər verir ki, bunu sentyabrın 18-də “Fox News” telekanalının keçirdiyi sorğunun nəticələri sübut edir.

Araşdırmaya görə, respondentlərin 50%-i qarşıdan gələn seçkilərdə Harrisi dəstəkləməyə hazırdır, respondentlərin 48%-i isə Trampın lehinədir.

Beləliklə, vitse-prezident son bir ayda öz mövqeyini yaxşılaşdırıb, - telekanal qeyd edirb. Məlumata görə, hələ avqustun ortalarında Tramp 50% Harrsi isə 49% dəstəyə sahib idi. O zaman Tramp Harrisi 1 faiz qabaqlayırdı.

Sorğu sentyabrın 13-dən 16-dək aparılıb. Burada ölkə üzrə 1,1 mindən çox insan iştirak edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!