Modern.az

Keçmiş məhkum oğurluq etdi

Keçmiş məhkum oğurluq etdi

Aktual

23 Sentyabr 2024, 10:42

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Maştağa qəsəbəsi ərazisində bir həyətdən 2000 manat dəyərində darvaza, bir evdən 8000 manat dəyərində qızıl-zinət və məişət əşyaları, digər həyətdən isə 700 manat dəyərində su çəni oğurlamaqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunan 38 yaşlı T.Əhmədov və əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 26 yaşlı A.Hacızadə müəyyən edilərək saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırmalarla T.Əhmədovun müxtəlif vaxtlarda Ramana qəsəbəsi ərazisində 3 evdən ümumilikdə 6100 manat dəyərində məişət əşyaları və elektrik naqili oğurlaması da müəyyənləşib.

Faktlarla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!