Modern.az

Aksiz markası olmayan siqaretlər aşkarlandı

Aksiz markası olmayan siqaretlər aşkarlandı

Aktual

23 Sentyabr 2024, 15:57

Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında Bakı şəhəri, Binəqədi rayonu ərazisində əməliyyat tədbirləri keçirilib.

Dövlət Gömrük Komitəsindən Modern.az-a bildirilib ki, əməliyyat nəticəsində yaşayış sahəsindən Azərbaycanın aksiz markası ilə markalanmayan 53 adda 30 360 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada