Modern.az

İran rəsmisi Azərbaycan XİN-də... 

İran rəsmisi Azərbaycan XİN-də... 

Aktual

23 Sentyabr 2024, 22:20

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Əlirza Mahmudi Bakıya səfəri çərçivəsində Azərbaycan xarici işlər nazirinin müavini Samir Şərifov ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.

 

Görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafı və konsulluq məsələlərinin asanlaşdırılması müzakirə edilib.

 

Əlirza Mahmudi həmçinin Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov ilə də görüşüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!