Modern.az

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır - Mirzoyan

Ermənistan Azərbaycanla sülh sazişi imzalamaqda maraqlıdır - Mirzoyan

Aktual

24 Sentyabr 2024, 11:04

Ermənistan Cənubi Qafqazda sabitliyin bərqərar olmasında maraqlıdır və Azərbaycanla ən qısa zamanda sülh sazişi imzalamağa hazırdır.

 

Modern.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri və Malta Parlamentinin üzvü İan Borqla görüşü zamanı Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

 

Bundan əlavə, A.Mirzoyan italiyalı həmkarı Antonio Tayani ilə də danışıqlar aparıb. Tərəflər, həmçinin İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesini müzakirə ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!