Modern.az

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

Penitensiar xidmət və DİN birgə əməliyyat keçirdi

Aktual

24 Sentyabr 2024, 14:10

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

 

Modern.az Penitensiar Xidmətə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbiri nəticəsində Novruzov Cahid Mikayıl oğluna məxsus ümumi çəkisi 1 kiloqram 630 qram narkotik maddə olan heroin Xəzər rayonu, Qala qəsəbəsində aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Komandirin şok səs yazısı yayıldı - Rus ordusunda PANİKA!