Modern.az

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVA

Aktual

2 Oktyabr 2024, 17:00

Oktyabrın 2-si saat 17:00-a olan məlumata əsasən bir sıra rayonlarda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Qazax, Ağstafa, Şəmkir, Goranboy, Bərdə, Şəki, Şamaxı, Altıağac, Qəbələ, Quba, Qrız, Xaltan, Tərtər, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Ceyrançöl, Cəfərxan, Biləsuvar, Astara, Şahdağda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi Naftalanda arabir 16 m/s-yə çatıb.

Daşkəsən, Göygöl, Lerikdə duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 26, Aran rayonlarında 25, dağlıq rayonlarda 16 dərəcəyədək isti qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək