Modern.az

Snayperlərlə atış çalışmaları yerinə yetirildi - VİDEO

Snayperlərlə atış çalışmaları yerinə yetirildi - VİDEO

Aktual

2 Oktyabr 2024, 17:20

Cari ilin hazırlıq planına uyğun olaraq, snayper tüfənglərindən atəş hazırlığı üzrə praktiki atış çalışmaları yerinə yetirilib.

Modern.az xəbər verir ki, təlim sahəsində şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra hərbi qulluqçular atəş mövqeyinin tutulması və silahın döyüş vəziyyətinə gətirilməsi üzrə normativləri yerinə yetiriblər.
Snayperlər şərti düşmən hədəflərinin aşkar edilməsi və düzgün nişanalma qaydalarına əməl olunmaqla məhvi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.

 

Çalışmaların keçirilməsində əsas məqsəd hərbi qulluqçuların hazırlıq səviyyəsinin artırılması, praktiki vərdişlərinin və atəşaçma bacarıqlarının daha da təkmilləşdirilməsidir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək