Modern.az

Polis Göyçayda əməliyyat keçirdi - Saxlanılanlar var

Polis Göyçayda əməliyyat keçirdi - Saxlanılanlar var

Aktual

3 Oktyabr 2024, 11:14

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş  Fərid Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib. 

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən olunub. 

Aşkar olunan faktlarla bağlı araşdırmalar davam etdirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək