Modern.az

Talış kəndinə köçürülənlər işlə təmin olunub

Talış kəndinə köçürülənlər işlə təmin olunub

Aktual

3 Oktyabr 2024, 12:00

İşğaldan azad olunmuş yurd yerlərimizə Böyük Qayıdış proqramı üzrə görülən işlər çərçivəsində Talış kəndində də sakinlər aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, Dövlət Məşğulluq Agentliyi tərəfindən ilk mərhələdə həmin sakinlərin məşğulluq imkanları qiymətləndirilir və onların hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir. 

Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub.

Onlar özünüməşğulluq, vakansiyalara uyğun işlə təminat, haqqı ödənilən ictimai işlər proqramları çərçivəsində işlə təmin ediliblər.

Talış kəndi 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək