Modern.az

Tanınmış həkim işdən ÇIXDI

Tanınmış həkim işdən ÇIXDI

Aktual

3 Oktyabr 2024, 17:12

Tanınmış kardioloq həkim, tibb üzrə fəlsəfə doktoru Üzeyir Rəhimov uzun illərdir çalışdığı Baku Medikal Plaza klinikasındakı vəzifəsindən ayrılıb.

Modern.az xəbər verir ki, bu barədə həkimin özü bildirib. Klinikanın Kardiologiya şöbəsinin eks-müdiri deyib:

“Oktyabrın 1-dən 11 ildir çalışdığım, Kardiologiyasını qurduğum Baku Medical Plaza xəstəxanasından ayrıldım. Klinikada kardiologiya ilə əlaqədar hər şeyi həyata keçirdik».

Ü.Rəhimov bundan sonra akademik fəaliyyətinə ağırlıq vermək qərarına gəldiyini qeyd edib.

O, həkim olaraq fəaliyyətini Universal Hospitalda davam etdirəcəyini bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyaya ağır zərbələr - Şəhərlərdə cəhənnəm alovu!