Modern.az

Dövlət qurumunun binası satışa çıxarılır

Dövlət qurumunun binası satışa çıxarılır

Aktual

19 Oktyabr 2024, 16:45

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daha bir kiçik dövlət müəssisəsinin binasını hərraca çıxaracaq.

Modern.az xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

Hərrac 18 noyabr 2024-cü il tarixində təşkil olunacaq.

Hərraca çıxarılacaq obyekt Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin binasıdır.

Sözügedən obyektin ilkin satış qiyməti 115 122 manat, 10% behin həcmi isə 11 512 manat müəyyənləşib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək