Modern.az

Deputat Əhliman Əmiraslanov seçiciləri qəbul edib - FOTO

Deputat Əhliman Əmiraslanov seçiciləri qəbul edib - FOTO

Aktual

13 Fevral 2025, 17:17

Fevralın 13-də 67 saylı Sabirababd Seçki Dairəsi üzrə Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov seçiciləri ilə onlayn görüş keçirib, onların müraciətlərini dinləyib.

Modern.az xəbər verir ki, deputat seçicilərin fərdi qaydada müraciət və təkliflərini dinləyib, onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən vətəndaşların müayinə və müalicəsi, ödənişsiz əməliyyatlar, əlillik və əmək pensiyaları ilə bağlı, ev və işlə təmin olunması, əfv məsələləri və digər sosial məsələlərlə bağlı olub.

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV