Modern.az

Bakıda yanğına görə tıxac yarandı

Bakıda yanğına görə tıxac yarandı

Aktual

15 Fevral 2025, 15:32

Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

Modern.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bu səbəbdən Ağa Nemətulla küçəsi istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Hərəkətin və ərazidə olan şəxslərin təhlükəsizliyinin təmin olunması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Naxçıvanla bağlı gözlənilməz addım: Helikopterin vurulması