Modern.az

Fon der Leyendən Ankaraya qarşı qərəzli açıqlama  

Fon der Leyendən Ankaraya qarşı qərəzli açıqlama  

Aktual

21 Aprel 2026, 16:31

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropanın geosiyasi baxımdan yenidən düşünülməsinin vacibliyini vurğulayıb.

Modern.az xəbər verir ki, o, “Die Zeit” qəzetinin 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, Avropa İttifaqı Rusiya, Türkiyə və Çinin təsirinə məruz qalmamalıdır.

Fon der Leyen Aİ-nin genişlənməsini dəstəklədiyini qeyd edərək deyib: “Biz Avropa qitəsinin formalaşmasını tamamlamalıyıq ki, o, Rusiya, Türkiyə və ya Çinin təsiri altında qalmasın. Daha geniş və geosiyasi düşünməliyik”.

Onun sözlərinə görə, indiyədək Aİ-nin rəqabət qabiliyyəti ucuz Rusiya enerjisi, Çin istehsalı olan ucuz işçi qüvvəsi və ABŞ-dan gələn ucuz təhlükəsizlik təminatına əsaslanıb. “Bu dövr başa çatıb. Biz tam şəkildə yenidən qurulmalıyıq. Qitəmizin təhlükəsizliyini özümüz təmin etməli və daha müstəqil olmalıyıq”, – deyə o əlavə edib.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?